Bakı. 27 iyun. REPORT.AZ/ Bakı sakini atasının evindən oğurluq edib.
DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyunun 26-da rayon ərazisindəki evlərin birindən 190 manat və 450 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu, əvvəllər məhkum olunmuş Əflatun saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.