Bakı sakini 3 nəfər tərəfindən döyüldü

Bakıda quldurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Təhməzov iyunun 5-də Naximov küçəsində 3 nəfərin onun baş nahiyəsinə yumruqla vuraraq içərisində 640 manat pul, 380 manat dəyərində qulaqcıq, adaptor və geyim əşyaları olan çantasını aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri V.Xəlilov, O.İsmayılov və Ə.Abdullayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27