Bakı-Quba yolunda yol qəzasında ana və oğlu xəsarət alıb

Bakı-Quba yolunda xəsarətlə nəticələnən yol qəzası olub.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1982-ci il təvəllüdlü Hüseynova Maisə Ağabala qızı və onun 14 yaşlı övladı C.Hüseynli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər