Bakı-Quba yolunda yol qəzası olub, xəsarət alanlar var

Sumqayıt. 8 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində yol qəzası olub. 

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dəmir maneələrə çırpılıb. Nəticədə iki nəfər - 1959-cu il təvəllüdü Zakir İsmayıl oğlu Məhərrəmov və onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Kərimət Soltan qızı Məhərrəmova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər