Bakı-Quba yolunda yanacaqdaşıyan maşınla minik avtomobili toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Sumqayıt bürosu xəbər verir ki, “VAZ 2101” markalı minik avtomobili yanacaqdaşıyan yük maşını ilə toqquşub.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14