Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb

Bakı-Quba yolunda avtomobil idarə edən Türkiyə vətəndaşı sükan arxasında ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, 1966-cı il təvəllüdlü Orhan Yıldırım Kazım sükan arxasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29