Bakı-Quba yolunda avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, ”Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən təqribən 39-35 yaşlarında olan piyadanı (şəxsiyyəti dəqiqləşdirilir) vurub.

Piyada hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27