Bakı-Quba yolunda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var

Bakı-Quba yolunun Siyəzən rayonu hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Şimal bürosunun məlumatına görə, "QAZ-31" markalı minik avtomobili "Shacman" markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində Rizvanov Gülmalı və onun həyat yoldaşı Rizvanova Çeşmenaz ağır dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39