Bakı-Quba yolunda iki avtomobil toqquşub

Bakı-Quba yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Əhmədova Sürə Əhəd qızı bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36