Bakı-Quba yolunda avtomobil aşıb, ölən və xəsarət alan var

Bakı-Quba yolunda ölümlə nəticələnən avtomobil qəzası olub.

“Report”un yerli bürosunun məlumatına görə, Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı “Infinity” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü 1977-ci il təvəllüdlü Həsən Şamil oğlu Şabanov hadisə yerində ölüb, maşında olan sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47