Bakı-Quba yolunda avtomobil qəzası baş verib, xəsarət alanlar var

Xızı. 20 iyun. REPORT.AZ/ Xızı rayonunda yol qəzası baş verib, xəsarət alanlar var.

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə Bakı-Quba yolunun Yaşma yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.

Nəticədə iki nəfər - 1996-cı il təvəllüdlü Ülvi Qədimalı oğlu Nəcəfzadə və 1995-ci il təvəllüdlü Kamran Rüstəm oğlu Məmmədov xəsarət alıb. Onlar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47