Sumqayıt. 5 fevral. REPORT.AZ/ Bakı-Quba magistralının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində baş verən yol qəzası zamanı hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb.
Yaralılar - 1984-cü il təvəllüdlü Elşad Nazim oğlu Nağıyev və 1992-ci il təvəllüdlü Mahir Bəxtiyar oğlu Ağayev ağır xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Reanimasiya şöbəsinə yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.