Şəmkir sakini yük maşınının altında qalaraq ölüb - ƏLAVƏ OLUNUB

*** 16:35

Bakı-Qazax avtomobil yolunda 37 yaşlı kişi yük maşınının altında qalaraq ölüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə magistralın Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü Ramin Pənahov yük maşının altında qalaraq ölüb. Meyit ekspertizaya aparılıb.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27