Bakı-Qazax yolunda avtomobillər toqquşub, xəsarət alanlar var

Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan 2 minik avtomobilinin toqquşması nəticəsində 1948-ci il təvəllüdlü Vaqif Qəhrəmanov, 1994-cü il təvəllüdlü Validə Məmmədova və daha bir nəfər xəsarət alıb.

Onlar Gəncə şəhərində yerləşən xəstəxanalara yerləşdiriliblər. Zərərçəkənlərdən V.Qəhramanovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47