Bakı – Qazax yolunda avtomobil aşıb, uşaq yaralanıb

Bakı – Qazax yolunda 4 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində 2019-cu il təvəllüdlü Ələsgərli F. xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər