Bakı-Qazax yolunda avtomobil aşıb, bir qadın xəsarət alıb

Kürdəmir rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ravon Nexia" markalı "90-PJ-481" dövlət qeydiyyat nişanlı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində avtomobildə olan 1999-cu il təvəllüdlü İbrahimova Aylin Faiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47