Bakı-Qazax magistralında nəqliyyatın hərəkəti məhdudlaşıb

Goranboy. 8 fevral. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda qatı duman səbəbi ilə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

"Report"un Qərb bürosu xəbər verir ki, magistralın Goranboy rayon ərazisindən keçən hissəsində səhər saatlarından başlayaraq qatı duman avtomobillərin hərəkətini çətinləşdirib.

Sürücülər əlverişsiz hava şəraiti səbəbindən avtomobillərin sürətini azaltmağa və ya avtomobillərini yolun kənarına çəkərək hərəkəti dayandırmağa məcbur olublar. 

Hazırda dumanlı hava şəraiti davam edir.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39