Bakıda soyğunçuluq edən şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis şöbəsinə müraciət edən Kürdəmir rayon sakini İ.Babayev yanvarın 6-da 28 May küçəsindəki kafelərin birində naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.İmamverdiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.