Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda polis 3 avtomobildən oğurluq etməkdə şübhəli bilinən uşağı tutub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 3 avtomobildən oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Nuhan Gülümcanov müəyyən olunaraq tutulub. Azyaşlı olmasına görə izahatı alınaraq buraxılıb.