“Bakı Mis Emalı” zavodundan 26 ton mis oğurlanıb

Bakı. 19 dekabr. REPORT.AZ/ “Bakı Mis Emalı” zavodundan oğurluq olub.

“Report”un xəbərinə görə, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Bakı Mis Emalı” zavodundan 26 ton mis xammal oğurlayan şəhər sakini Elçin Qərənizadə tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 22 avqust, 2026 / 09:08