Bakı metrosunda sərnişin vəfat edib

Səhər saat təxminən 06:30-da yaşlı sərnişin "Əhmədli" metrostansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib.

Bu barədə "Report"a "Bakı Metropolteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O, qeyd edib ki, Bakı sakini, 1955-ci il təvəllüdlü Zülfəli Kazımov ürək tutmasından vəfat edib.

Hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya həkim çağırılıb.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26