Bakı metrosunda gənc oğlan özünü yandırmağa cəhd edib

Bakı metrosunda gənc oğlan özünü yandırmağa cəhd edib.

"Report"un məlumatına görə, hadisə dekabrın 7-də metronun "Gənclik" stansiyasında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov qatar hərəkət edərkən üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Ərazidə olan şəxslər gəncin özünü yandırmasının qarşısı alınıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər