​"Bakı Metropoliteni"ndə qatarların hərəkətində problem yaranıb

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün səhər saatlarında "Bakı Metropoliteni"ndə qatarların hərəkətində problem yaranıb.

"Report" xəbər verir ki, Dərnəgül metrostansiyasından Həzi Aslanov istiqamətində hərəkət edən qatarlardan birində nasazlıq yaranıb.

Bu səbəbdən, qatar Memar Əcəmi metrostansiyasına 9 dəqiqədən sonra gəlib və sərnişin qəbul etmədən birbaşa Bakmilə yola düşüb.

Qatara minik olmaması səbəbindən Memar Əcəmi metrostansiyasında sərnişin sıxlığı yaranıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41