​Bakıda iki nəfər köməksiz vəziyyətdə qalıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Paytaxt Bakıda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə Bakının Xətai rayonunda yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xilasedicilər liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Digər xəbərlər