Bakı Dəniz Limanında yanğın olub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakı Dəniz Limanının inzibati binasında yanğın olub. “Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, Nəsimi rayonunda 5 mərtəbəli Bakı Dəniz Limanı binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 120 kv.m olan mətbəxdə yanğın baş verib. Mətbəx yanğından mühafizə olunub.

Yanğın saat 05:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27