Bakı Dəmiryolu Yük Stansiyasının ərazisində faciəvi hadisə baş verib

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakı Dəmiryolu Yük Stansiyasının ərazisində faciəvi hadisə baş verib. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, stansiyanın ərazisində orada işləyən Tofiq Əsgərov teplovozla vurulub və o, hadisə yerində ölüb.

Faktla bağlı Nəqliyyatda Baş Polis İdarəsi (NBPİ) tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05