Bakı bulvarında meyit tapılıb

Bakı. 19 avqust. REPORT.AZ/ Bakıda dəniz kənarında meyit tapılıb.

“Report”un xəbərinə görə, hadisə Dənizkanarı Milli Parkda (Bakı bulvarı) - Neftçilər prospekti 30 ünvanında (“Azneft” dairəsinin yaxınlığında) qeydə alınıb.

Araşdırmalar nəticəsində məlum olub ki, boğularaq ölən şəxs Qiyas Nəsibovdur.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda istintaq aparılır.

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41