Bakı bulvarında intihara cəhd olub

Bakı. 8 avqust. REPORT.AZ/ Bakının Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində adı açıqlanmayan şəxs intihar etmək məqsədilə özünü dənizə atıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Həmin şəxs dalğıc-xilasedici tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər