Bakı Beynəlxalq Avtovağzalından avtomobil qaçırılıb

Bakı. 13 fevral. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzalının dayanacağından avtomobil qaçırılıb.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtovağzalın dayanacağından Bakı şəhər sakini Maxbəyim Babayevaya məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Migəçevir şəhər sakini 1989-cu il təvəllüdlü Sarvan Nəsirov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47