Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında proses zamanı ölüm baş verib - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında ölüm hadisəsi baş verib.

"Report"un xəbərinə görə, bu barədə ölən Şəmil Qədimovun vəkili Adəm Məmmədov məlumat verib.

"Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi", - o, əlavə edib.

62 yaşlı Ş.Qədimov dələduzluqda təqsirləndirilirdi.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14