Bakı aeroportuna gedən yolda qadını avtomobil vurub

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, aeroport şossesində 1974-cü il təvəllüdlü Əliyev Mahir Həsənağa oğlu idarə etdiyi "Niva" markalı avtomobillə yolu keçən 1960-ci il təvəllüdlü Abdullayeva Bənövşə Nadir qızını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sürücü M.Əliyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39