"Bakı Abadlıq Xidməti"nə məxsus su nasosu və elektrik xəttləri oğurlanıb

Bakı. 13 yanvar. REPORT.AZ/ "Bakı Abadlıq Xidməti" MMC-yə məxsus su nasosu və elektrik xəttləri oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Yeni Suraxanı qəsəbəsi ərazisində baş verib.

Belə ki, Heydər Əliyev prospekti, "Buta Palace" Sarayının yaxınlığında "Bakı Abadlıq Xidməti" MMC-yə məxsus 3 200 manat dəyərində su nasosu və 464 manatlıq 290 metr mis elektrik naqili oğurlanıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56