Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib

Bakı. 12 yanvar. REPORT.AZ/ Bakıda bacısını qətlə yetirən Elşad Davudovun barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas yanvarın 16-na təyin edilib.

Şikayət hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Bakının Nizami rayonu ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davidovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində E.Davudovun apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39