Babək prospektində yol qəzası tıxaca səbəb olub

Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Digər xəbərlər

Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04