Azərbaycanın daxili işlər naziri İsraildə səfərdədir

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Müdafiə Nazirliyinin baş direktorunun müavini Amir Kainin dəvətinə əsasən bu ölkədə rəsmi səfərdədir.

Bu barədə “Report”a DİN-dən bildirilib.

Məlumata görə, iki gün davam edəcək səfər zamanı Azərbaycan-İsrail strateji tərəfdaşlıq maraqları çərçivəsində hər iki ölkənin müvafiq qurumları arasındakı münasibətlərin genişləndirilməsi, o cümlədən cinayətkarlığın qloballaşdığı müasir dövrdə onun müxtəlif növləri ilə mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi, daha da möhkəmləndirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47