Azyaşlının cibində həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatı 15 saylı cəzaçəkmə müəssisəsinə azyaşlının cibində narkotik keçirilməsinin qarşısını alıb.

Bu barədə "Report"a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib.

Bildirilib ki, məhkum Əfləddin Seyfullazadə ilə görüşə gələn tanışı Ülviyyə Rzayevanın və onunla olan azyaşlının əşyalarına və üzərilərinə baxış keçirilən zaman sonuncunun şalvarının arxa cibində gizlədilmiş bükülüdə 0,812 qram metamfetamin aşkar olunub.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39