"Azərsun Holdinq" MMC-də oğurluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə şirkətin Abşeron rayonunda yerləşən anbarında qeydə alınıb.
Belə ki, MMC-nin anbarından 59 min manatlıq spirtli içki naməlum şəraitdə oğurlanıb.
Daha sonra bu barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.
Hadisəni törədən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.