​“Azərsu”ya aid tikilidə yanğın olub

Bakı. 20 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində “Azərsu” ASC-yə məxsus ümumi sahəsi 2 kv.m. olan taxta konstruksiyalardan ibarət fəhlələrin geyinib-soyunma otağı yanıb. 

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 15:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17