"Azərsu" ASC-yə məxsus avtomobil ilə vurulan piyada ölüb

"Azərsu" ASC-yə məxsus avtomobil ilə piyada vurularaq öldürülüb.

"Report" xəbər verir ki, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində baş verib.

Belə ki, qəsəbələrarası su xətlərinin çəkilməsi ilə əlaqədar ərazidə işləyən ASC-yə məxsus Əliəkbər Şıxıyevin idarə etdiyi avtomobili geriyə hərəkət edən zaman 68 yaşlı Atlas Əsədovanı vuraraq öldürüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Zirədə söhbətgah yanıb 09 fevral, 2026 / 08:48