“Azəristilik” QSC-nin binasından oğurluq edilib

“Azəristilik” QSC-yə məxsus binadan oğurluq olub.

“Report”un xəbərinə görə, hadisə Suraxanı rayon, Hövsan qəsəbəsi ərazisində baş verib.

Belə ki, qəsəbədə yerləşən QSC-yə məxsus binadan dəmir borular kəsilərək oğurlanıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinə müraciət edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oğurluq əməlinin bir qrup şəxs tərəfindən törədildiyi məlum olub. Məlumata görə, 1973-cü il təvəllüdlü Emin Ramazanov, 1975-ci il təvəllüdlü Vüqar Cənnətov, 1971-ci il təvəllüdlü Mahir İsmayılov, 1979-cu il təvəllüdlü Aydın Yəhyayev, 1965-ci il təvəllüdlü Zabil Baxşəliyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45