"Azərişıq" ASC-nin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb

"Azərişıq" ASC-nin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.

"Azərişıq" ASC-də montyor işləyən Şakir Yunusov rayon ərazisində transformatorda iş görən zaman onu elektrik cərəyanı vurub. Nəticədə Ş.Yunusov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47