“Azercell"in radio-baza stansiyasından oğurluq edildi

Şəmkir Rayon polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 6 000 manat dəyərində təmir-tikinti alətlərini oğurlamaqda şübhəli bilinən Şiştəpə kənd sakinləri Q.Abdullayev, əvvəllər məhkum olunmuş - N.Xəlilov və R.Əliyev saxlanılıblar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, şəxsi axtarış zamanı N.Xəlilovdan 24 qramdan artıq, Şiştəpə kəndi ərazisində yerləşən qəbiristanlıqda gizlətdiyi 2 kiloqramdan çox marixuana aşkar edilərək götürülüb.

R.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Sabirkənd kəndi ərazisində quraşdırılan “Azercell Telekom” MMC-yə məxsus radio-baza stansiyasından 60 metr elektrik naqilini kəsərək oğurlaması da müəyyən edilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47