Azərbaycanlı tələbə İtaliyada itkin düşüb

Azərbaycanlı tələbə İtaliyada itkin düşüb.

"Report"un xəbərinə görə, hadisə yanvarın 10-da İtaliyanın Torino şəhərində baş verib.

Belə ki, Bakı şəhər sakini Əliguşad Xıdırov yanvarın 16-da Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsinə (PŞ) müraciət edərək İtaliyanın Torino şəhərindəki Politexnik Universitetində təhsil alan oğlu, 1996-ci il təvəllüdlü Cavid Xıdırlının həmin şəhərdə itkin düşdüyünü bildirib.

Hadisə ilə əlaqədar Binəqədi RPİ-nin 4-cü PŞ-də araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39