Rusiyada axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanılıb

Astana. 22 yanvar. REPORT.AZ/ Rusiyada axtarışda olan azərbaycanlı, 1978-ci il təvəllüdlü Əliyev Nuru Baxşı oğlu Qazaxıstanın Pavlodar şəhərində saxlanılıb.

“Report”un Qazaxıstan bürosunun verdiyi məlumata görə, saxlanılan azərbaycanlı quldurluq və oğurluq cinayətlərini törədən mütəşəkkil dəstənin üzvü olması ilə ittiham olunur.

Onunla bərabər digər azərbaycanlı da axtarışa verilib. Saxlanılan azərbaycanlının Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi nəzərdə tutulub. 

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54