Azərbaycanın iki vətəndaşı Rusiyada 11 il həbs cəzasına məhkum edilib

Bakı. 2 noyabr. REPORT.AZ/ Rusiyada Həştərxan şəhərinin Nərimanov rayon prokurorluğu soyğunçuluq və oğurluqda ittiham olunan 2 Azərbaycan vətəndaşı ilə bağlı cinayət işi üzrə dövlət ittihamını dəstəkləyib.

"Report" "Həştərxan-FM" radiostansiyasına istinadən xəbər verir ki, hər bir şəxsə 11 il həbs cəzası verilib.

Məhkəmə müəyyən edib ki, Azərbaycan vətəndaşları ötən ilin iyulunda zərərçəkənin avtomobilinə əyləşərək ona bıçaqla hədə-qorxu gəlib və ondan yarlm milyon rubl məbləğində pul alıb, sonra da onu döyüblər. Ardından cinayətkarlar zərərçəkənin avtomobili ilə hadisə yerindən qaçıblar.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39