Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi qadın Türkiyə vətəndaşlığını qəbul edib

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Türkiyə vətəndaşlığını qəbul edib.

“Report”un xəbərinə görə, Astara Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) və 243-cü (Fahişəliyə cəlb etmə) maddələri ilə axtarışda olan Həsənova Mətanət Əhməd qızı Türkiyə vətəndaşlığını qəbul etdiyi üçün onun barəsində axtarışa xitam verilib.

Qeyd edək ki, Həsənova (Əbilova) Mətanət Əhməd qızı 1963-cü ildə Göyçay şəhərində anadan olub. 2008-ci ildə barəsində axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14