"Biznes sahəsində çalışan vəkillərin dərnəyinin yaradılması gözlənilir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov mətbuat konfransında deyib.
O bildirib ki, bununla bağlı Kollegiyaya müraciətlər daxil olub: "Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçiriləcək və burada bir çox ciddi məsələlər müzakirə ediləcək".