Azərbaycanda təkrar yeraltı təkanlar baş verib

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanda növbəti yeraltı təkanlar baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla 16.11.2017 tarixində saat 02:02-də Bərdə ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Yeraltı təkanlar 25 km dərinlikdə olub.

Digər xəbərlər