Azərbaycanda təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub

2021-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 6 660 təbii və texnogen mənşəli hadisə baş verib.

Fövqəladə Hallar Nazirliyindən “Report”a bildirilib ki, bu da 2020-ci ilin I yarımilliyi ilə müqayisədə 1 613 hadisə və ya 19% azdır.

Baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub, 129 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 31 nəfər xilas edilib, 296 nəfər təxliyə olunub.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19