Azərbaycanda tanınmış vəkil vəfat edib

Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Mübariz Hümbət oğlu Məmmədov vəfat edib.

Bu barədə "Report"a həmkarı Alov Səfərəliyev məlumat verib.

Onun sözlərinə görə, M.Məmmədov iyunun 5-i gecə saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, vəkil bir müddət bundan əvvəl insult keçiribmiş.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41